2018-01-19
Azərbaycan Respublikası və Samoa Müstəqil Dövləti arasında diplomatik əlaqələrin yaradılması

2018-ci ilin 19 yanvar tarixində Nyu York şəhərində Azərbaycan Respublikası və Samoa Müstəqil Dövləti arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike imzalanmışdır.

Sənədə əsasən, diplomatik əlaqələrin yaradılması iki ölkə və xalq arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək niyyətindən irəli gəlir və BMT Nizamnaməsi və beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmama prinsipləri rəhbər tutulur.

 Birgə Kommünikeni iki ölkənin BMT yanında daimi nümayəndələri Yaşar Əliyev və Ali’ioaiga Feturi Elisaia imzalamışlar.

növbəti xəbər əvvəlki xəbər