news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 iyun 2026

Press-reliz, Azərbaycan Respublikası və Mikroneziya Federativ Ştatları arasında diplomatik əlaqələrin yaradılması, 1 iyun 2026-cı il

Azərbaycan Respublikasının
BMT yanında
Daimi Nümayəndəliyi

 

Permanent Mission
of the Republic of Azerbaijan
to the United Nations

633 Third Avenue, Suite 3210, New York, N.Y. 10017
Tel.: (212) 371-2559; Fax: (212) 371-2784

Press-reliz

Azərbaycan Respublikası və Mikroneziya Federativ Ştatları arasında

diplomatik əlaqələrin yaradılması

​​​​​​​1 iyun 2026-cı il

 

 

2026-cı ilin 1 iyun tarixində Nyu-Yorkda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev və Mikroneziya Federativ Ştatlarının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Cim Lipve tərəfindən iki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanmışdır.

 

Birgə Kommünikedə Azərbaycan Respublikasının və Mikroneziya Federativ Ştatlarının ölkələri və xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək niyyətində olduqları ifadə olunur.

 

Sənəddə həmçinin vurğulanır ki, hər iki dövlətin hökumətləri diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyi və ərazi bütövlüyü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tuturlar.

 

Daimi nümayəndələr həmçinin Birgə Kommünikenin BMT sənədi kimi yayılması üçün BMT Baş katibinə məktub ünvanlanlamışlar.

 

______________

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti