2016-02-19

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, sərəncamda Tədbirlər Planının icrasına məsul qurumlara Forumla bağlı tədbirlərin yerinə yetirilməsi tapşırılır.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bu il aprelin 25-27-də keçiriləcək.

Arxiv üzrə axtarış