Azərbaycan BMT-nin etibarlı tərəfdaşıdır
BMT Baş Assambleyasının prezidenti Mogens Lykketoft Azərbaycanın BMT-nin etibarlı tərəfdaşı olduğunu bildirərək, bu tərəfdaşlıqdan məmnunluğunu ifadə edib.
O, bu fikirləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdə səsləndirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Nyu-Yorkda səfərə olan Ə.Qarayev BMT Baş Assambleyasının prezidenti Mogens Lykketoftlə görüşüb.
Görüşdə Azərbaycan ilə BMT arasında, xüsusilə BMT Baş Assambleyası arasında əməkdaşlıq məsələsi geniş müzakirə olunub.
Əbülfəs Qarayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, həmçinin doğma torpaqlarından qovulmuş məcburi köçkün və qaçqınların vəziyyəti haqda məlumat verib və bu barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra olunmamasının ciddi narahatçılıq doğurduğunu bildirib.
Sonda nazir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi barədə məlumat verərək M.Lykkettoftu 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
© AZƏRTAC