Mətbuat buraxılışı, 10 Aprel 2024-cü il: Azərbaycan Respublikasının nümayəndəsi BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin üzvü seçilib
Azərbaycan Respublikasının |
Permanent Mission |
|
633 Third Avenue, Suite 3210, New York, N.Y. 10017 |
||
Mətbuat buraxılışı
Azərbaycan Respublikasının nümayəndəsi BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin üzvü seçilib Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasının (ECOSOC) 9 aprel 2024-cü il tarixində Nyu York şəhərində keçirilmiş iclası zamanı BMT-nin İqtisadi, Sosial ve Mədəni Hüquqlar üzrə Komitəsinin (CESCR) 2025-2028-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərin nəticəsində Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov ECOSOC üzv ölkələrinin yekdil dəstəyi ilə növbəti dəfə Komitənin üzvü seçilib. 1985-ci ildə təsis edilmiş Komitə İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Beynəlxalq Paktın üzv dövlətlər tərəfindən yerinə yetirilməsinə nəzarət həyata keçirir. 18 ekspertdən ibarət olan Komitəyə ikinci dəfədir ki Azərbaycan nümayəndəsi üzv olaraq seçilir. |