2025-02-04

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi nümayəndəsi Səfir Tofiq Musayev bu gün Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşə etimadnamələrini təqdim edib

Daimi nümayəndə Baş katibə Azərbaycana son səfərlərinə və Bakıda keçirilən İqlim Sammitinin uğurunda əvəzsiz roluna görə minnətdarlığını bildirərək, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına sarsılmaz dəstəyini və Təşkilatın məqsəd və prinsiplərinə uzunmüddətli sadiqliyini qeyd etdi. Azərbaycanın sülhün və ədalətin təşviqinə, beynəlxalq hüququn möhkəmləndirilməsinə, çoxtərəfliliyin irəliləməsinə və davamlı inkişaf gündəliyinin həyata keçirilməsinə davamlı töhfələrini davam etdirmək əzmində olduğunu vurğuladı.

Arxiv üzrə axtarış