news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 fevral 2026

Xocalı: İnsanlıq vasitəsilə Xatirəni Anmaq və Sülhü İrəlilətmək” adlı tədbir, Kolumbiya Universiteti, 28 fevral 2026-cı il

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi Kolumbiya Universitetində keçirilən “Xocalı: İnsanlıq vasitəsilə Xatirəni Anmaq və Sülhü İrəlilətmək” adlı tədbirdə iştirak etmişdir. Tədbir Xocalı Soyqırımının 34-cü ildönümünün qeyd olunması məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan-Amerika Gənclər Federasiyası tərəfindən təşkil edilmişdir.

 

Faciə qurbanlarının xatirəsini anmaq üçün bir dəqiqəlik sükut elan olunmuşdur. Daha sonra çıxış edənlər xatirənin yaşadılmasının əhəmiyyətindən, törədilmiş vəhşiliklərə görə məsuliyyət məsələsindən və humanitar dəyərlər vasitəsilə sülhün təşviqinin vacibliyindən bəhs etmişlər.

 

Proqram çərçivəsində gənc rəssamların sərgisi nümayiş olunmuş, həmçinin Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş film təqdim edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti