news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 noyabr 2025

Press-reliz, Azərbaycan Respublikası və Botsvana Respublikası arasında diplomatik əlaqələrin yaradılması

Azərbaycan Respublikasının
BMT yanında
Daimi Nümayəndəliyi

 

Permanent Mission
of the Republic of Azerbaijan
to the United Nations

633 Third Avenue, Suite 3210, New York, N.Y. 10017
Tel.: (212) 371-2559; Fax: (212) 371-2784

Press-reliz

 

Azərbaycan Respublikası və Botsvana Respublikası arasında

diplomatik əlaqələrin yaradılması

 

11 noyabr 2025-ci il

 

 

2025-ci ilin 11 noyabr tarixində Nyu-Yorkda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev və Botsvana Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Çarlz Masole tərəfindən iki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanmışdır.

 

Birgə Kommünikedə Azərbaycan Respublikasının və Botsvana Respublikasının ölkələri və xalqları arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etmək niyyətində olduqları ifadə olunur.

 

Sənəddə həmçinin vurğulanır ki, hər iki dövlətin hökumətləri diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyi və ərazi bütövlüyü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tuturlar.

 

Daimi nümayəndələr həmçinin Birgə Kommünikenin BMT sənədi kimi yayılması üçün BMT Baş katibinə məktub ünvanlanlamışlar.

 

 

______________

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti